525.Az

İki rayonun qaz təchizatı məhdudlaşdırılır


 

İki rayonun qaz təchizatı məhdudlaşdırılır<b style="color:red"></b> Bakının Qaradağ və Sabunçu rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz kəməri üzərində diametri 159 mm-lik siyirtmənin quraşdırılması və qaz xətlərinin yerinin dəyişdirildiyi üçün həmin xətlərə birləşmə verilməsi ilə əlaqədar bu gün saat 10:00-dan 18:00-dək Qaradağ rayonunun Sahil qəsəbəsinin bir hissəsinə, Sabunçu rayonunun Maştağa və Bilgəh qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.
 





29.04.2015    çap et  çap et