525.Az

"SOCAR "Total"ın Türkiyədəki YDM şəbəkəsini almaq istəyir"


 

"SOCAR "Total"ın Türkiyədəki YDM şəbəkəsini almaq istəyir"<b style="color:red"></b>

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Fransanın “Total” şirkətinə məxsus olan Türkiyədəki yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsini ala bilər.

"APA-Economics"in xəbərinə görə, bu barədə Aktifmedya.com xəbər portalı yazır.
 
Portalın yazdığına görə, bu günlərdə "Total" rəsmən Türkiyənin YDM bazarından  gedəcəyini bəyan edib.
 
Türkiyənin YDM bazarının həcmi 80 milyard Türk lirəsi həcmində ölçülür. "Total" bazarda payı 5,3% təşkil edir.
 
Nəşr iddia edir ki, "Total"ın YDM məntəqələrini almaq istəyənlər sırasında SOCAR və BP kimi şirkətlər var.
 
SOCAR-dan sözügedən məsələyə münasibət bildirilməyib.

 





29.04.2015    çap et  çap et