525.Az

AMEA-nın 70 illik yubileyi ilə bağlı tədbir keçiriləcək


 

AMEA-nın 70 illik yubileyi ilə bağlı tədbir keçiriləcək<b style="color:red"></b> “Azərbaycan elminin daha da inkişaf etdirilməsi istiqamətində görüləcək işlər çoxdur. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının tələblərinə uyğun olaraq, Azərbaycan elminin üzərinə düşən vəzifələrin icrasını davam etdirməli, biliklər iqtisadiyyatına və yüksək texnologiyalara əsaslanan elmi potensialı daha da gücləndirməli, Azərbaycan alimlərinin dövlətimizin inkişafında yaxından iştirak etməsinə nail olmalıyıq”.
 
APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.
 
Akif Əlizadə AMEA-nın 70 illik yubileyinin qeyd edilməsi ilə bağlı müvafiq sərəncamın imzaladığını xatırladıb.

O qeyd edib ki, yubiley təntənəli şəkildə qeyd olunacaq: “Hazırda tədbirin uğurla keçirilməsini təmin etmək məqsədilə müxtəlif istiqamətli elmi-təşkilati tədbirlər görülür. 2014-cü ildə elm və təhsilin uğurlu inteqrasiyası istiqamətində də akademiyanın fəaliyyətini uğurlu hesab etmək olar.

AMEA-nın bir sıra elmi müəssisələri ilə bəzi ali təhsil müəssisələri arasında baza kafedralarının yaradılıb, həmçinin birgə kadr hazırlığına dair əməkdaşlıq memorandumları imzalanıb, əməkdaşlıq münasibətlərinin yalnız ali təhsil müəssisələrini deyil, həm də orta məktəblərini əhatə edib.
 
Akademiyada magistratura təhsilinin yaradılması elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyətlərdən biridir. Artıq bu il 7 ixtisas üzrə AMEA-da magistratura təhsilinə start veriləcək”.
 





29.04.2015    çap et  çap et