525.Az

Azərbaycan Nepala humanitar yardım göndərdi


 

Azərbaycan Nepala humanitar yardım göndərdi<b style="color:red"></b> Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, aprelin 29-da Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi Nepal Federativ Demokratik Respublikasının ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım yola salıb.

Modern.az saytı xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” tipli təyyarə ilə yola salınan humanitar yardıma 1 tona yaxın müxtəlif dərman və tibbi ləvazimatlar, xeyli sayda çadır, ədyal və qablaşdırılmış içməli su daxildir.

Ölkə Prezidentinin göstərişinə uyğun olaraq, həmin təyyarə ilə təbii fəlakət zonasında olan azərbaycanlıların təxliyyə edilərək Vətənə çatdırılması həyata keçiriləcək.
 





29.04.2015    çap et  çap et