525.Az

Akademiyanın adlı mükafatları sahiblərinə təqdim olundu - Siyahı


 

Akademiyanın adlı mükafatları sahiblərinə təqdim olundu - <b style="color:red">Siyahı</b>

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin ümumi yığıncağı keçirilib.

Modern.az xəbər verir ki, bir neçə dəqiqə bundan əvvəl AMEA-nın adlı mükafatları öz sahiblərinə təqdim edilib. Laureatlar aşağıdakılardır:

Akademik Cəmil Əliyev- tibb sahəsindəki uğurlarına görə Mirəsədulla Mirqasımov adına mükafat;

Akademik Telman Əliyev- dəqiq elmlər və idarəetmə sahəsindəki uğurlara görə Nəsirəddin Tusi adına mükafat;

Akademik Tariyel Talıbov – təbiət sahəsində əldə etdiyi uğurlara görə Həsən bəy Zərdabi adına mükafat;

Akademik Musa Rüstəmov – kimya elmləri sahəsindəki uğurlara görə Yusif Məmməədəliyev adına mükafat;

Akademik Teymur Bünyadov – humanitar elmlər sahəsindəki uğurlara görə Abbasqulu ağa Bakıxanov adına mükafat;

Professor Zemfira Səfərova- mədəniyyət və musiqi nəzəriyyəsi sahəsindəki uğurlara görə Üzeyir Hacıbəyli adına mükafat;

Professor Məmməd Çıraqov – geologiya elmləri sahəsindəki uğurlara görə Musa Əliyev adına mükafat.

Mükafat alanlar siyahısındakı akademik Cəmil Əliyev Respublikanın baş onkoloqu, professor Zemfira Səfərova isə xalq yazıçısı Anarın həyat yoldaşıdır.

 





29.04.2015    çap et  çap et