525.Az

“Alimlərin istehsalata çıxması üçün yeni struktur yaradılmalıdır”


 

“Alimlərin istehsalata çıxması üçün yeni struktur yaradılmalıdır”<b style="color:red"></b> “Azərbaycanda alimlərin istehsalata çıxması üçün yeni struktur yaradılmalıdır”. 
 
APA-nın xəbərinə görə, bunu Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov deyib. Onun sözlərinə görə, yeni struktur yaradılmasa, elm, təhsil sahəsinin inkişafında mühüm uğurlar əldə etmək çətin olacaq:

“Əvvəllər Elm və Texnika İdarəsi fəaliyyət göstərirdi. Düzdür, həmin qurumun da fəaliyyətini qənaətbəxş hesab etmək olmazdı. Elm və təhsil birbaşa istehsalatla bağlı olmalıdır. Bu gün ali məktəb tələbələrini də istehsalat təcrübəsindən keçmək üçün harasa göndərdikdə müqavilələrin olmamasına görə qəbul etmirlər”.
 
A. Məhərrəmov əlavə edib ki, Azərbaycanda dövlət proqramı çərçivəsində tələbələr xaricdə təhsil almağa göndərilib. Artıq xarici ölkələrdən alimlər Azərbaycan təhsilinə cəlb edilməlidir.
 





29.04.2015    çap et  çap et