525.Az

Mobil xidmətlərin qiyməti ucuzlaşacaq


 

Mobil xidmətlərin qiyməti ucuzlaşacaq<b style="color:red"></b>

Azərbaycanda mobil xidmətlərin qiymətləri düşəcək.

APA-nın xəbərinə görə, bu barədə məlumat verən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib ki, mobil xidmətlərin ucuzlaşması üçün ilk növbədə operatorlar arasında olan tənzimləmə funksiyaları daha da sadələşdirilməlidir.
 
Nazirin sözlərinə görə, yaxın vaxtlarda bütün mobil operatorlar arasında olan mübadilənin qiyməti 3 qəpiyə endiriləcək:
 
“Bu o deməkdir ki, indi 5 qəpiyə olan xidmət 3 qəpiyə endirilirsə, bu, mobil xidmətlərin qiymətlərinin də düşməsi üçün yeni şərait yaradacaq. Bu tənzimləmə, rəqabət mühitinin yaxşılaşdırılması istiqamətində işlər aparılır. Bunlar da imkan verir ki, mobil operatorlar qiymətləri salsınlar. Amma nəzərə almaq lazımdır ki, mobil xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimlənmir və rəqabət əsasında formalaşır”.

 





29.04.2015    çap et  çap et