525.Az

SOCAR-dan təkzib


 

SOCAR-dan təkzib<b style="color:red"></b>

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti olan “SOCAR-Turkey”in rəhbəri Kənan Yavuz SOCAR tərəfindən "Total" şirkətinin Türkiyədəki yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsini almaq istəməsi barədə məlumatlara aydınlıq gətirib.

“APA-Economics”in xəbərinə görə, K. Yavuz “BloombergHT” agentliyinə açıqlamasında yayılan məlumatı təkzib edib.

O bildirib ki, SOCAR Türkiyə YDM bazarını tərk etmək istəyən “Total”ın YDM şəbəkəsini almaq niyyətində deyil və bununla bağlı tərəflər arasında heç bir danışıqlar aparılmayıb.

 





29.04.2015    çap et  çap et