525.Az

Nazarbayev and içdi


 

Nazarbayev and içdi<b style="color:red"></b>

Qazaxıstanın növbədənkənar prezident seçkilərində qalib gələn Nursultan Nazarbayevin inaqurasiya mərasimi keçirilib.

Trend-in “Novosti-Kasaxstan”a istinadən verdiyi məlumata görə, N.Nazarbayev bu gündən rəsmi olaraq prezident səlahiyyətlərinin icrasına başlayıb.

“Qazaxıstan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə uyğun olaraq, prezident and içəndən dərhal sonra vəzifəsinin icrasına başlayır”, - deyə mərasimdə respublikanın Konstitusiya Şurasının sədri İqor Roqov bildirib.

Nazarbayev aprelin 26-da keçirilən növbədənkənar prezident seçkilərində 97 faizdən çox səs toplayıb.

 





29.04.2015    çap et  çap et