525.Az

“Qarabağın ağ damı”- Yeni kitab


 

“Qarabağın ağ damı”- <b style="color:red">Yeni kitab</b>

Qarabağ mövzusuna həsr olunmuş növbəti kitab işıq üzü görüb. Vüqar Tofiqlinin müəllifi olduğu  kitaba müəllifin son illər yazdığı esse, məqalələr və fikir düşüncələri  daxil edilib. 

“Qarabağ yazıları” silsiləsindən olan bu yazılar “525-ci qəzet”də və “Modern.az” saytında  işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin ön söz yazdığı kitab “MHS-Poliqraf”  nəşriyyatinda çap edilib. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının dəstəyi və Söz Azadlığını Müdafiə Fondunun təşkilatçılığı ilə nəşr edilən kitabın redaktoru Fəxri Uğurludur.

Qeyd edək ki 2011-ci ildə müəllifin Qarabağa həsr olunmuş  ilk tədqiqatı  dünyada ikinci sayılan Ağdam Çörək Muzeyinin yaranması və fəaliyyətinə  həsr edilmişdi.

Xatırladaq ki, V.Tofiqli  2001-ci ildən QHT sektorunda fəaliyyət göstərir. 2004-cü ildən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasında çalışır. 2009-cu ildən Söz Azadlığını Müdafiə Fondunun icraçı direktorudur.      

 





10.12.2012    çap et  çap et