525.Az

İctimai Palata Fəvvarələr meydanında aksiya keçirir


 

İctimai Palata Fəvvarələr meydanında aksiya keçirir<b style="color:red"></b>

 İctimai Palata Bakının Fəvvarələr meydanında Bakı şəhər icra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd edir.

APA-nın əməkdaşının verdiyi məlumata görə, İctimai Palataya daxil olan təşkilatların bir qrup üzvü müxtəlif şüarlar səsləndirərək meydana daxil olublar.
 
Polis Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan aksiyanın qarşısını almağa çalışır, saxlananlar var. Saxlanılanlardan biri də AXCP sədrinin müavini Fuad Qəhrəmanlıdır.
 
Aksiyanı ATƏT-in Bakı ofisinin nümayəndələri və yerli hüquq müdafiəçiləri də izləyir.
 
Qeyd edək ki, İctimai Palata bu gün saat 14-də Milli Məclisin binası qarşısında piket keçirməklə bağlı  Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. İcra Hakimiyyəti  İctimai Palatanın bu ərazidə aksiya keçirmək barədə müraciətinə rədd cavabı verib. Aksiya təşkilatçıları dekabrın 8-də Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb və onlara razılaşdırılmamış aksiyanın keçirilməsinin qarşısının alınacağı barədə xəbərdarlıq edilib.

 





10.12.2012    çap et  çap et