525.Az

"Makedoniya TAP-a qoşulmaq niyyətindədir"


 

"Makedoniya TAP-a qoşulmaq niyyətindədir" <b style="color:red"></b>

Makedoniya Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) qoşulmaq niyyətindədir.

Bunu “APA-Economics”ə açıqlamasında Bakıda səfərdə olan Makedoniya prezidenti Georgi İvanov bildirib.
 
“TAP-a qoşulmaqla bağlı hələlik biz konkret təklif almamışıq. Lakin biz bu layihəyə qoşulmaq niyyətindəyik”, - deyə G. İvanov bildirib.
 
Prezident əlavə edib ki, azərbaycanlı həmkarı İlham Əliyevi Makedoniyaya rəsmi səfərə dəvət edib: “Prezident İlham Əliyevin ölkəmizə səfəri çərçivəsində Makedoniyanın TAP-a qoşulması məsələsi müzakirə olunacaq”.
 
TAP “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur.
 
Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: BP - 20%, SOCAR - 20%, “Statoil” - 20%, “Fluxys” - 19%, “Enagas” - 16% və “EGL-Axpo” - 5%.

 





29.04.2015    çap et  çap et