525.Az

Ankarada küçəyə İbad Hüseynlinin adı verilib


 

Ankarada küçəyə İbad Hüseynlinin adı verilib<b style="color:red"></b>

Ankaranın Gölbaşı rayonunda küçəyə Qarabağ müharibəsinin qəhrəmanlarından İbad Hüseynlinin adı verilib.

APA-nın məlumatına görə, bununla bağlı keçirilən tədbirə Türkiyə Böyük Millət Məclisinin üzvü, Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Əbdülqadir Aksu, keçmiş nazirlər Mehmet Sağlam, Halil Şıvgın, Gölbaşı bələdiyyə sədri Fatih Duruay, Azərbaycanın Türkiyədəki səfiri, hərbi attaşesi, Milli Məclisini üzvləri və İbad Hüseynlinin özü qatılıb.

Bildirilib ki, “‘Kahraman İbad Hüseyinli’ adlandırılan küçə indiyədək 1712-ci küçə adını daşıyıb.
 
Çıxışlardan sonra küçənin açılışını bildirən qırmızı lent kəsilib.

 





29.04.2015    çap et  çap et