525.Az

Gürcüstan hökuməti istefaya getdi


 

Gürcüstan hökuməti istefaya getdi<b style="color:red"></b>

İdman və gənclər naziri Livan Kipianı postunu tərk etdikdən sonra Gürcüstanın Nazirlər Kabineti bütün heyətlə istefa verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hökumətdən gedən  7-ci nazir olub. Gürcüstan Konstitusiyasına görə, 20 nazirin üçdən biri istefa verirsə, onda hökumət parlamentdə yenidən etimad almalıdır.

İndi bütün nazirlər vəzifələrində icraçı kimi qalırlar. Gürcüstan parlamentinin sədri David Usupaşvili deyib ki, Konstitusiyaya görə, yeni nazir təyin edilməsi indiki baş nazirə məxsusdur, ancaq son qərarı parlament verir.

Əgər qanunverici orqan Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləməsə, prezidentin parlamenti buraxıb yeni seçkilər etmək səlahiyyəti var.

 





30.04.2015    çap et  çap et