525.Az

Nalbandyan və həmsədrlər bir arada


 

Nalbandyan və həmsədrlər bir arada<b style="color:red"></b>

ATƏT-in Minsk qrupunun həmsədrləri aprelin 29-da Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.

APA-nın məlumatına görə, Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə olunduğunu yazıb:
 
“Nalbandyanla görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni imkanlar yaradacaq məhsuldar və müsbət müzakirələr aparılıb”.
 
Qeyd edək ki, bu gün isə həmsədrlərin Azәrbaycanın xarici işlәr naziri Elmar Mәmmәdyarovla görüşü nəzərdə tutulur.
 
Görüşlər Parisdə keçirilir.

 





30.04.2015    çap et  çap et