525.Az

İsveç hökuməti qondarma erməni “soyqırımı”nın tanınması qərarını rədd etdi


 

İsveç hökuməti qondarma erməni “soyqırımı”nın tanınması qərarını rədd etdi<b style="color:red"></b> İsveç hökuməti ölkə parlamentinin 2010-cu ildə qondarma erməni “soyqırımı”nın tanınması barədə qərarının araşdırma aparılmadan çıxarıldığına dair qərar verib.
 
APA-nın “Milliyet”ə istinadən xəbərinə görə, hökumətinin qərarında bildirilir ki, heç bir araşdırma aparılmadan bir ölkəni soyqırımı törətməkdə ittiham etmək mümkün deyil. Hökumət bununla bağlı müstəqil heyətin rəyinə əsasən qərar veriləcəyini açıqlayıb.
 
Ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Erik Boman bildirib ki, məsələ ilə bağlı tarixçilərin araşdırmasının nəticələrinə uyğun hərəkət ediləcək. Nazirliyin bu istiqamətdə fəaliyyətə başladığını deyən Erik Boman araşdırma başa çatmadan hər hansı qərar verilməyəcəyini vurğulayıb.
 
Hökumətin açıqlaması İsveçdəki erməni və süryani lobbilərini məyus edib. İsveç dövlət televiziyası olan SVT-yə açıqlama verən İsveç Süryani Federasiyasının rəhbəri Afram Yakub baş nazir Stefan Löfvenin ötən il sentyabrda seçim öncəsi vədlərini yerinə yetirmədiyini deyib. O, baş nazirin qondarma “soyqırımı” tədbirlərinə qatılmamasına təəssüf etdiyini bildirib.
 
Qeyd edək ki, parlamentin məlum qərarı 2010-cu ildə  müxalifətdə olan Sosial Demokrat və Yaşıllar partiyalarının birgə layihəsi əsasında 1 səs çoxluğu ilə qəbul edilib. İndiyədək qərarın icrası edilməməsi erməni və süryani lobbilərinin etirazına səbəb olub.
 





30.04.2015    çap et  çap et