525.Az

İtkin düşən həkimin cəsədi göldən tapıldı (VİDEO)


 

İtkin düşən həkimin cəsədi göldən tapıldı<b style="color:red"> (VİDEO)</b>

Bir neçə gün əvvəl Gəncə şəhər sakini 1945-ci il təvəllüdlü Yunis Allahverən oğlu Kazımovun ailəsi polisə müraciət edərək onun itkin düşdüyü barədə məlumat veriblər.

Ötən gün isə Yunis Kazımovun cəsədi Şəmkir rayonunun Qapanlı kəndi ərazisində süni göldən tapılıb. Yunisin cəsədi FHN Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aiiyyatı üzrə təhvil verilib.

Mərhum qısqanclıq zəminində qətlə yetirilərək gölə atılıb. Qeyd edək ki, Yunis Kazımov Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasında həkim vəzifəsində çalışıb. Faktla bağlı Baş Prokurorluqda araşdırma aparılır.

 





10.12.2012    çap et  çap et