525.Az

Uorlik I Avropa Oyunlarının münaqişənin həllində müsbət addım olacağını düşünür


 

Uorlik I Avropa Oyunlarının münaqişənin həllində müsbət addım olacağını düşünür<b style="color:red"></b>

“Ümid edirik ki, Ermənistan idmançılarının “Bakı-2015” I Avropa Oyunlarında iştirakı Qarabağ konfliktinin həllinə dair sülh danışıqlarında inam və etibar yaratmağa kömək edəcək”.

APA-nın məlumatına görə, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində belə yazıb.
 
Qeyd edək ki, aprelin 29-da Minsk qrupunun həmsədrləri aprelin 29-da Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.  Bu gün isə həmsədrlərin Azәrbaycanın xarici işlәr naziri Elmar Mәmmәdyarovla görüşü nəzərdə tutulur. Görüşlər Parisdə keçirilir.

 





30.04.2015    çap et  çap et