525.Az

Hidayət Orucov Qırğız-Türk Manas Universitetində mühazirə oxuyub


 

Hidayət Orucov Qırğız-Türk Manas Universitetində mühazirə oxuyub<b style="color:red"></b> Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Qırğız-Türk Manas Universitetində “Azərbaycanla Qırğızstanın və Mərkəzi Asiya ölkələrinin əməkdaşlığı: gerçəklik və inkişafın perspektivləri” mövzusunda geniş mühazirə ilə çıxış edib.
 
Azərbaycanın Bişkekdəki səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir böyük türk dövlətlərinin heç vaxt imperiya olmadığını, onların cahan dövləti olduğunu, digər xalqlar assimilyasiya etmədiklərini vurğulayıb.
 
Diplomat qeyd edib ki, bunu təhrif edənlər var və bu, çox təhlükəlidir. 1905-1906, 1915-ci illərdə soyqırımın olduğunu deyən H. Orucov bu soyqırımının ermənilərə qarşı deyil, türklərə qarşı olduğunu vurğulayıb.
         
Qarabağ münaqişəsindən danışan səfir hazırda Azərbaycan ərazisinin 20 faizinin işğal altında olduğunu, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini önə çəkib.
 
H. Orucov Azərbaycanla Qırğızıstan və digər Mərkəzi Asiya ölkələri arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini, lakin potensialdan tam istifadə edilmədiyini vurğulayıb.
 
Azərbaycan səfiri professor və müəllimlərin, magistrlərin çoxsaylı suallarını cavablandırıb.    
 
Mühazirənin sonunda H. Orucov Qırğız-Türk Manas Universitetinin rəhbərliyinə, professor-müəllim, magistr heyətinə təşəkkürünü bildirərək Bakı Dövlət Universiteti ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsini tövsiyə edib.
 





30.04.2015    çap et  çap et