525.Az

Nazirliyin 4 müəssisəsi ləğv edildi


 

Nazirliyin 4 müəssisəsi ləğv edildi<b style="color:red"></b> Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi barədə qərar verib.
 
APA-nın məlumatına görə, qərara əsasən, KTN-nin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən 4 təsərrüfat hesablı dövlət müəssisə və təşkilatı ləğv edilib.

Bunlar nazirliyin “Azərdamazlıq” Respublika İstehsalat-Elm Birliyi, Mərkəzi Sınaq Laboratoriyası, Layihə Kontoru və Təmir-Tikinti İdarəsidir.
 





30.04.2015    çap et  çap et