525.Az

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki 8 müəssisə özəlləşdiriləcək


 

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki 8 müəssisə özəlləşdiriləcək<b style="color:red"></b> Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 8 təsərrüfathesablı müəssisə özəlləşdiriləcək.
 
APA-nın məlumatına görə, Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Şəki Barama Toxumu Zavodu,  Zaqatala Barama Toxumu Zavodu, Balakən Barama Toxumu Zavodu. Ağdam Barama Toxumu Zavodu, Bərdə Barama Toxumu Zavodu, Qax Rayon Damazlıq İpəkçilik Stansiyası, Respublika baytarlıq sanitar dezinfeksiya dəstəsi və Maşın Meliorasiya Stansiyasının özəlləşdirilməsi barədə qərar verib.
 
Əmlak Məsələləri Dövlət Komitəsi Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan bu təsərrüfathesablı müəssisələrin özəlləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
 





30.04.2015    çap et  çap et