525.Az

Fransanın xarici işlər naziri Azərbaycana səfər edəcək


 

Fransanın xarici işlər naziri Azərbaycana səfər edəcək<b style="color:red"></b>

Fransanın xarici işlər naziri Loran Fabius Azərbaycana səfər edəcək.

APA-nın məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye məlumat verib. O qeyd edib ki, səfər gələn ilin ilk yarısında gerçəkləşəcək. Hələlik səfərin vaxtı diplomatik kanallarla dəqiqləşdirilir: “Önümüzdəki il Fransa-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafı və qarşılıqlı rəsmi səfərlər baxımından məhsuldar il olacaq. 2013-cü ildə həmçinin Azərbaycan-Fransa hökumətlərarası komissiyasının da iclası keçiriləcək”.

 





10.12.2012    çap et  çap et