525.Az

Hәmsәdrlәr Məmmədyarovla görüşüblәr


 

Hәmsәdrlәr Məmmədyarovla görüşüblәr<b style="color:red"></b>

ATӘT-in Minsk qrupunun hәmsәdrlәri bu gün Parisdə Azәrbaycanın xarici işlәr naziri Elmar Mәmmәdyarovla görüşüblәr.

APA-nın mәlumatına görә, bu barədə ATӘT-in Minsk qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik özünün "Twitter" sәhifәsindә yazıb.
 
"Biz nazir Elmar Mәmmәdyarovla Azәrbaycan vә Ermәnistan prezidentlәrinin müzakirә edәcәyi әsas mәsәlәlәr әtrafında fikir mübadilәsi apardıq", - deyə diplomat qeyd edib.
 
Xatırladaq ki, həmsədrlər ötәn gün Ermәnistanın xarici işlәr naziri Edvard Nalbandyanla da görüşüblәr.

 





30.04.2015    çap et  çap et