525.Az

Nepaldakı zəlzələdə ölənlərin sayı 6155 nəfərə çatıb


 

Nepaldakı zəlzələdə ölənlərin sayı 6155 nəfərə çatıb<b style="color:red"></b>

Nepalda aprelin 25-də baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 mini ötüb.

APA-nın “RİA Novosti”yə  istinadən verdiyi xəbərə görə, bu barədə Nepal polisinin məlumatında bildirilib.
 
Bundan əvvəl 5844 nəfərin öldüyü, 11 175 nəfər xəsarət alıb.
 
“Ölənlərin sayı 6155, xəsarət alanların sayı 13402 nəfərə çatıb”, deyə açıqlamada bildirilir.
 
 Ölənlərin sayının 10 mini keçəcəyi istisna olunmur.
 
Zəlzələnin episentri paytaxt Katmandunun şimal-qərbindən 82 kilometr aralıda, 15 kilometr dərinlikdə və 7,9 bal gücündə olub. Zəlzələ nəticəsində Katmandunun tarixi rayonuna ciddi ziyan dəyib.
 
Nepal hökuməti güclü zəlzələ ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.
 
Nepal hakimiyyəti xarici ölkələrə humanitar yardımla bağlı müraciət edib.
 
Qeyd edək ki, bundan əvvəl Nepalda ən güclü zəlzələ 1934-cü ildə baş verib. 8,2 bal gücündə zəlzələ o zaman 10 000 nəfərin həyatına son qoyub.

 





01.05.2015    çap et  çap et