525.Az

Avropa İttifaqı Dağlıq Qarabağda keçiriləcək qondarma “seçkiləri” tanımadı


 

Avropa İttifaqı Dağlıq Qarabağda keçiriləcək qondarma “seçkiləri” tanımadı<b style="color:red"></b> Avropa İttifaqı Dağlıq Qarabağda keçiriləcək “parlament seçkiləri”nin konstitusional və hüquqi əsasını tanımır.
 
APA-nın məlumatına görə, bu barədə Aİ-nin Dağlıq Qarabağda mayın 3-də keçiriləcək qondarma “parlament seçkiləri” ilə bağlı bəyanatında deyilir.
 
Bəyanatda vurğulanır ki, bu prosedurlar Dağlıq Qarabağın gələcək hüquqi statusunu əvvəlcədən müəyyənləşdirə və danışıqlar prosesinə təsir edə bilməz:
 
“Avropa İttifaqı qətiyyətlə ATƏT-in Minsk qrupunu və onun həmsədrlərinin status-kvonun dəyişməsi və hərtərəfli sülh danışıqları üçün səylərini dəstəkləyir. Aİ münaqişənin tez bir zamanda həlli istiqamətindəki səyləri dəstəkləməkdə davam edəcək”.
 





01.05.2015    çap et  çap et