525.Az

Qəbələ RLS-in fəaliyyəti dayandırıldı


 

Qəbələ RLS-in fəaliyyəti dayandırıldı<b style="color:red"></b>

Azərbaycan Xarici İşlər nazirliyi Qəbələ RLS-in fəaliyyətinin dayandırılması ilə əlaqədar bəyanat yayıb.

525.az-ın  XİN mətbuat xidmətinə istinadən verdiyi xəbərə əsasən, bəyanatda qeyd olunur ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Qəbələ Radiolokasiya Stansiyası (RLS) ilə əlaqədar intensiv danışıqlar aparılıb.

“Azərbaycan Respublikası danışıqlarda Qəbələ RLS-in icarə müddətinin uzadılması ilə bağlı Rusiya tərəfi ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu nümayiş etdirib. Danışıqlar zamanı adı çəkilən stansiyanın icarə haqqı ilə bağlı razılaşmanın əldə olunması mümkün olmayıb.
 
“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş”in 9 dekabr 2012-ci il tarixindən qüvvədən düşməsi ilə bağlı Rusiya Federasiyası tərəfindən stansiyanın istismarının 10 dekabr 2012-ci il tarixindən etibarən dayandırılması barədə Azərbaycan tərəfinə Nota təqdim edilib”.

 





10.12.2012    çap et  çap et