525.Az

"CNG stansiyası bu yaxınlarda istifadəyə veriləcək"


 

"CNG stansiyası bu yaxınlarda istifadəyə veriləcək"<b style="color:red"></b>

Azərbaycanda inşa olunan ilk sıxılmış təbii qazdoldurma (CNG) stansiyası bu yaxınlarda istifadəyə veriləcək.

"APA-Economics"in xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.
 
R. Abdullayevin sözlərinə görə, ilk CNG stansiyası "BakuBus" MMC-yə məxsus avtobus parkının yaxınlığında inşa edilir.
 
SOCAR prezidenti deyib ki, yaxın 1 il ərzində Bakı bütövlükdə CNG stansiyalarla əhatə olunacaq.
 
"Bundan sonra hər 180 kilometrdən bir bütün yollarda CNG stansiyalar inşa olunacaq. SOCAR gələcəkdə bazarın 30-35%-ni təbii qaza keçirmək niyyətindəyik. Bu həm ekoloji, həm də qiymət baxımından daha sərfəlidir", - deyə R. Abdulayev bildirib.
 
R, Abdullayev bildirib ki, sərnişindaşıma ilə məşğul olan bütün avtobuslar təbii qazla işləyəcək.

 





01.05.2015    çap et  çap et