525.Az

İstanbulda 1 May mitinqlərində 203 nəfər saxlanılıb


 

İstanbulda 1 May mitinqlərində 203 nəfər saxlanılıb<b style="color:red"></b> İstanbulda 1 May mitinqlərində 203 nəfər saxlanılıb, 24 nəfər xəsarət alıb.
 
APA-nın DPA agentliyinə istinadən verdiyi məlumata görə, xəsarət alanlardan 18-i nümayişçi, 6-sı isə polis əməkdaşıdır.
 
Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və  su şırnaqlarından istifadə edib. 
 
Xatırladaq ki, Türkiyənin Həmkarlaq İttifaqları "1 May - Zəhmətkeşlərin Həmrəyliyi Günü" münasibətilə yürüş keçirmək və Taksim meydanında mitinq təşkil etmək üçün İstanbul Bələdiyyəsinə müraciət etmişdi, lakin şəhər rəhbərliyi onlara rədd cavabı vermişdi.
 





02.05.2015    çap et  çap et