525.Az

ATV-nin əməkdaşı bıçaqlanıb


 

ATV-nin əməkdaşı bıçaqlanıb<b style="color:red"></b>

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı rayon ərazisində yerləşən çay evlərinin birində 27 yaşlı Suraxanı rayon Qaraçuxur qəsəbə sakini Cəfərov Nemət Eldar oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı hadisədən sonra 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Cərrahi əməliyyatdan sonra onun həyatı xilas edilib. Buna baxmayaraq iki bıçaq yarası alan zərərçəkənin həyatı üçün təhlükə hələ də qalmaqdadır. Nemət Cəfərovun kim tərəfindən və hansı səbəbdən bıçaqlanması Yasamal rayon polis idarəsi 28-ci polis bölməsində aparılan araşdırmalardan sonra məlum olacaq.

Qeyd edək ki, qanlı hadisə zamanı bıçaq xəsarətləri alan Nemət Cəfərov ATV telekanalının əməkdaşıdır.

ans tv

 





11.12.2012    çap et  çap et