525.Az

XİN-dən etiraz


 

XİN-dən etiraz<b style="color:red"></b> “ATƏT-in Minsk Qrupunun həmsədrləri və ABŞ Dövlət Departamentinin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qanunsuz “parlament seçkiləri”nin keçirilməsi ilə əlaqədar bəyanatlarında “Dağlıq Qarabağ xalqı” ifadəsinin özünə yer alması düzgün deyil və bu ifadə qəbuledilməzdir”.
 
Bunun Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya açıqlamasında ATƏT-in Minsk Qrupunun həmsədrləri və ABŞ Dövlət Departamentinin işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz “parlament seçkiləri”nin keçirilməsi ilə əlaqədar bəyanatlarını şərh edərkən deyib.
 
“Ümumiyyətlə, “Dağlıq Qarabağ xalqı” anlayışı mövcud deyil. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin əhalisi var və bu əhali erməni və azərbaycanlı icmalarından ibarətdir. Bu fakt aydın şəkildə ifadə olunmalı və təsbit edilməlidir”,- deyə nazirliyin sözçüsü vurğulayıb. 
 





02.05.2015    çap et  çap et