525.Az

Zona aqrar laboratoriyaları yaradılacaq


 

Zona aqrar laboratoriyaları yaradılacaq<b style="color:red"></b> Azərbaycandakı aqrokimya laboratoriyalarının fəaliyyəti müasirləşdirilir və təkmilləşdirilir.
 
“APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.
 
Nazir müavini bildirib ki, ilkin mərhələdə torpağın analizinin götürülməsi üçün aqrokimyəvi laboratoriyalar yaradılır.
 
“Geniş analizin aparılması üçün 12 zona aqrar laboratoriyaların yaradılması nəzərdə tutulur”, - deyə İ. Quliyev bildirib.
 





02.05.2015    çap et  çap et