525.Az

Məşhur gürcü rejissor Rezo Çxeidze vəfat edib


 

Məşhur gürcü rejissor Rezo Çxeidze vəfat edib<b style="color:red"></b> Məşhur gürcü rejissor Rezo Çxeidze vəfat edib.
 
APA-nın Lenta.ru-ya istinadən verdiyi məlumata görə, rejissor mayın 3-də 89 yaşında Tiflisdə dünyasını dəyişib. “Rustavi 2” kanalı bildirib ki, rejissor uzun müddətdir, müxtəlif xəstəliklərdən əziyyət çəkirmiş. 
 
Qeyd edək ki, R. Çxeidze 1926-cı il dekabrın 8-də Kutaisidə anadan olub. 1943-1946-ci illərdə Rustaveli Teatr İnstitutunda təhsil alıb. R. Çxeidze 1996-cı ildə Gürcüstan SSRİ-nin xalq artisti, 1980-ci ildə SSRİ xalq artisti adına layiq görülüb.
 
O, “Əsgər atası”, “Pöhrələr”, “Məsihin məzarındakı şam”, “Burda dan sökülür” və s. filmlərin müəllifidir.
 





04.05.2015    çap et  çap et