525.Az

ABŞ-da Məhəmməd peyğəmbərin karikaturaları nümayiş etdirilən sərgi yaxınlığında atışma


 

ABŞ-da Məhəmməd peyğəmbərin karikaturaları nümayiş etdirilən sərgi yaxınlığında atışma<b style="color:red"></b>

Texas ştatının Qarlend şəhərində Məhəmməd peyğəmbərin karikaturalarından ibarət təşkil olunmuş sərginin yaxınlığında atışma baş verib.

APA-nın “NBC News”-a istinadən verdiyi məlumata görə, hadisə zamanı atəş açan 2 şəxs öldürülüb, bir mühafizəçi yaralanıb.
 
İnsident mayın 3-də yerli vaxtla saat 19:00 radələrində sərgi mərkəzinin avtomobil parkında baş verib.

Şahidlərin sözlərinə görə, onlar sərgi salonunu tərk edənə yaxın atəş səsləri eşidiblər. Hadisə yerinə dərhal 10 polis əməkdaşı gəlib və sərgiyə gələnlərə yerlərindən tərpənməmək göstərişini verilib.
 
Sonra bir neçə atəş səsi eşidilib. Sərgi mərkəzindən 75 ziyarətçi 2 məktəb avtobusunda təhlükəsiz yerə evakuasiya edilib.
 
Polis sərgi mərkəzini mühasirəyə alıb. Binadan bir qədər uzaqlıqda içərisində partlayıcı vasitənin ola biləcəyi şübhəli avtomobil aşkar edilib. Avtomobil robot-minaaxtaran tərəfindən yoxlanılacaq.

 





04.05.2015    çap et  çap et