525.Az

Keçmiş cərrah ABŞ prezidentliyinə namizəd olacaq


 

Keçmiş cərrah ABŞ prezidentliyinə namizəd olacaq<b style="color:red"></b>

Amerikalı keçmiş neyro-cərrah, respublikaçı Ben Karson 2016-cı il seçkilərində ABŞ prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o deyib ki, ölkə qarşısında duran məsələlərin həllində iştirak etmək istəyir:

“Ona görə də ABŞ prezidentliyinə namizədliyimi irəli sürəcəyimi elan edirəm”.

Karson prezidentlik uğrunda yarışa rəsmən bu gün anadan olduğu Miçiqan ştatının Detroyt şəhərində keçiriləcək tədbirdə qoşulacaq.

Karson 1987-ci ildə ilk dəfə siam əkizlərinin ayrılması ilə bağlı uğurlu əməliyyat keçirən cərrah kimi məşhurdur. 2008-ci ildə oğul Corc Buş onu prezidentin Azadlıq medalı ilə mükafatlandırıb. Onun məşhurluğu ilə bağlı film çəkilib.

ABŞ-da prezident seçkiləri 2016-cı ilin noyabr ayında keçiriləcək. İndiki demokrat-prezident Barak Obama qanuna görə 3-cü müddətə namizədliyini irəli sürə bilməz. Bu seçkilərdə demokratların ən şanlı namizədinin keçmiş dövlət katibi Hillari Klintonun olacağı gözlənilir.

 





04.05.2015    çap et  çap et