525.Az

Azərbaycan Ermənistan idmançılarının təhlükəsizliyinə təminat verir


 

Azərbaycan Ermənistan idmançılarının təhlükəsizliyinə təminat verir<b style="color:red"></b>

“Düşünürəm ki, Ermənistan Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarında da iştirak edəcək. Bununla bağlı Azərbaycan tərəfindən heç bir problem yoxdur”.

525.Az-ın “Trend” agentiliyinə istinadən yaydığı  məlumata görə, bunu bu gün keçirilən mətbuat konfransında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

"Ermənilər Romada Avropa Olimpiya Komitəsi Baş Assambleyasının iclasında ümumiyyətlə səsvermədə iştirak etməkdən imtina etdi. Bu o demək deyil ki, ermənilər iştirak edəcək və ya etməyəcək. Biz bütün komandaların iştirakına və təhlükəsizliyinə təminat vermişik", - deyə Ç.Hüseynzadə bildirib.

MOK-un vitse-prezidenti qeyd edib ki, Avropa Olimpiya Oyunlarının yüksək səviyyədə təşkil edilməsi üçün Azərbaycanda bütün məsələlər Avropa qanunvericiliyinə uyğunlaşdırılmalı, yeni təhlükəsizlik sistemi qurulmalı, nəqliyyat sistemi yeniləşdirilməlidir: "Bakıda bir sıra idman növlərindən idmançılar iştirak edəcək. Azərbaycanda bəzi idman növləri yoxdur və biz çalışacağıq ki, 2 il yarım müddətində bu idman növlərini Azərbaycanda yaradaq və inkişaf etdirək".

Qeyd edək ki, Avropa Olimpiya Komitəsi 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edib.

 





11.12.2012    çap et  çap et