525.Az

Lənkəranda III Gənclər Festivalı


 

Lənkəranda III Gənclər Festivalı<b style="color:red"></b> Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Müdafiə Nazirliyi və Lənkaran Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Lənkəran rayonunda faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş “Tarixin canlı səhifələri” adlı III Gənclər Festivalı keçirilib.
 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ali təhsi müəssisələrinin tələbələrinin iştirak etdiyi festivalın keçirilməsində məqsəd, gəncləri  vətənpərvərlik ruhunda  tərbiyə etmək, xalqımızın hərb və döyüş tarixini gənclərə  əyani olaraq çatdırmaq olub.
 
600-dan artıq tamaşaçının seyr etdiyi festivalda bu il 105 illiyi qeyd edilən 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni general-mayor Həzi Aslanovun, nəinki Azərbaycanın eyni zamanda Qafqazın ilk Sovet İttifaqı adını almış Qəhrəmanı İsrafil Məmmədovun, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin partizan həyatı əyani olaraq canlandırılıb.

Eyni zamanda, festivalda şərqşünas və tarixçi Ziya Bünyadovun döyüş şücaətləri 200 nəfərdən çox aktyor və tələbələr tərəfindən tamaşaçılara təqdim edilib.
 





04.05.2015    çap et  çap et