525.Az

Brassör Gürcüstana gedir


 

Brassör Gürcüstana gedir<b style="color:red"></b> Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brassör 6-9 may tarixlərində Gürcüstana rəsmi səfərdə olacaq.
 
APA-nın “Georgia Online”a istinadən verdiyi məlumata görə, səfər çərçivəsində A.Brassör Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir İrakli Qaribaşvili, parlamentin spikeri David Usupaşvili və xarici işlər naziri Tamar Beruçaşvili ilə görüşəcək.
 
Bundan başqa, Gürcüstanda olduğu müddətdə AŞPA sədrinin Gürcüstan Ali Məhkəməsinin sədri Nino Qvenetadze və qeyri-hökumət təşkilatları nümayəndələri ilə də görüşü planlaşdırılır.
 





04.05.2015    çap et  çap et