525.Az

“Yarımçıq xatirələr” təqdim ediləcək


 

“Yarımçıq xatirələr” təqdim ediləcək<b style="color:red"></b> Mayın 9-da Nizami Kino Mərkəzində dövlət sifarişi ilə istehsal edilən “Yarımçıq xatirələr” bədii filminin təqdimatı keçiriləcək.
 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan filmin əsas hissəsinin çəkilişləri Belarusun Brest, Minsk şəhərlərində və Vileyka qəsəbəsində aparılıb.
 
Film İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunub.
 
Ekran əsərinin rejissoru Elxan Cəfərov, ssenari müəllifləri Konstantin Vorobyov, Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Vadim Şafranskiy, Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğlu, redaktoru Ramiz Rövşən, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.
 
Rollarda Bəhruz Vaqifoğlu, Mixail Kaminskiy, Georgi Tsaava, Gülzar Qurbanova, Andrey Milyuxin, Zurab Nicaradze, Veronika Plyaşkevbiç, Aleksandr Pavlov, İvan Matskeviç, Karim Pokaçakov, Rza Rzayev, Qurban İsmayılov, Rövşən Ağayev, Anatoliy Quryev, Otar Mikeladze, Faiq Məmmədov, Cavanşir Hadıyev və başqaları çəkiliblər.
 





04.05.2015    çap et  çap et