525.Az

Nyu-York Senatının başçısı saxlanılıb


 

Nyu-York Senatının başçısı saxlanılıb<b style="color:red"></b> ABŞ-da Nyu-York ştatı Senatının başçısı, 67 yaşlı Din Skelos və onun oğlu, 32 yaşlı Adam Skelos saxlanılıblar.
 
APA-nın “The New York Times” qəzetinə istinadən verdiyi məlumata görə, ata və oğul pul tələb etmə, dələduzluq və korrupsiyada şübhəli bilinirlər.
 
Qeyd olunur ki, Din və Adam Skelos Nyu-York şəhərindəki tikinti şirkəti və Arizona ştatında yerləşən digər şirkətdən 220 min dollar məbləğində rüşvət alıblar.
 
Din Skelos və onun vəkilləri irəli sürülən bütün ittihamları rədd edib.
 





05.05.2015    çap et  çap et