525.Az

Dərbənd Dövlət Azərbaycan Dram Teatrı "Elanla gəlin"i təqdim edib


 

Dərbənd Dövlət Azərbaycan Dram Teatrı "Elanla gəlin"i təqdim edib<b style="color:red"></b>

Bugünlərdə Dağıstanın Dərbənd Dövlət Azərbaycan Dram Teatrı İtaliya dramaturqu K.Haldoninin pyesi əsasında "Elanla gəlin" tamaşasını teatrsevərlərin ixtiyarına verib.

İtaliya milli komediyasının banisi K.Haldoninin yaradıcılığının son dövrlərində (1763) yazdığı "Elanla gəlin" (pyesin digər adı "Müsabiqə ilə nikah"dır)  komediyasını Azərbaycan dilinə Dağıstanın Əməkdar mədəniyyət işçisi Yaqut Xandadaşova tərcümə edib.  

Teatrın direktoru Yadulla Həşimovun məlumatına görə, tamaşanın quruluşçu rejissoru beynəlxalq teatr festivalları laureatı, "Turandot" Teatrının bədii rəhbəri Vladimir Jukov, quruluşçu rəssamı Naidə Əlimətova, musiqi tərtibatçısı Dağıstanın Əməkdar artisti Sevda Bəybalayevadır.

Tamaşada Əlimövsüm Abbasov, Kəmalə Rzayeva, Rəhilə Ömərova, Əfsanə Məlikova, Məhərrəmov Ömərov və başqaları çıxış edirlər.

 





05.05.2015    çap et  çap et