525.Az

Azərbaycan Milli Konservatoriyasının yeni binası - FOTO


 

Azərbaycan Milli Konservatoriyasının yeni binası <b style="color:red">- FOTO</b>

Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin inşasına başlanılıb.
 
Lent.az-ın məlumatına görə, yeni bina Bakının Yasamal rayonu ərazisində, Ələsgər Ələkbərov (Space TV-nin binasının arxası) küçəsində tikiləcək. Bina 9 mərtəbəli olacaq. Burada çoxsaylı tədris otaqları ilə yanaşı, inzibati mərkəz, studiyalar da yerləşəcək.

Qeyd edək ki, noyabrın 29-da prezident İlham Əliyev Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin inşasını tamamlamaq məqsədi ilə sərəncam imzalayıb. Sərəncama əsasən Prezidentin ehtiyat fondundan Azərbaycan Milli Konservatoriyasının tikintisinə 3 milyon manat ayrılıb.

 





11.12.2012    çap et  çap et