525.Az

Ərdoğan Putinin dəvətini rədd etdi


 

Ərdoğan Putinin dəvətini rədd etdi<b style="color:red"></b>

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin qələbənin 70 illiyi ilə əlaqədar Moskvada keçiriləcək hərbi parada qatılmaq barədə dəvətini qəbul etməyib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, Ankara V. Putinin adından 1,5 ay əvvəl göndərilən dəvətə mənfi cavabını Kremlə bildirib.
 
Qırmızı meydanda təşkil olunacaq hərbi paradda Türkiyəni Moskvadakı səfir Ümit Yardım təmsil edəcək.
 
Ankaranın Putinin dəvətinə mənfi cavab verməsi Rusiya prezidentinin 1915-ci il hadisələri barədə ermənilərə müraciəti və İrəvandakı anma mərasimində iştirakı ilə izah olunur.

 





05.05.2015    çap et  çap et