525.Az

ABŞ-ın hərbi texnikası Gürcüstana daxil olub


 

ABŞ-ın hərbi texnikası Gürcüstana daxil olub<b style="color:red"></b>

Gürcüstan və ABŞ arasında planlaşdırılmış Noble Partner birgə hərbi təlimlər üçün nəzərdə tutulan ABŞ-ın ağır hərbi texnikası Gürcüstanın Batumi limanına daxil olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin məlumatında bildirilir.
 
Qurumun məlumatına görə, Gürcüstana gətirilmiş texnika arasında 14 “Bredli” piyada döyüş maşını, logistika təminatı maşınları və təlimlər üçün nəzərdə tutulmuş ləvazimat var. Hərbi texnikanın bu gün təlimlərin keçiriləcəyi Müdafiə Nazirliyinin Tiflis yaxınlığındakı “Vaziani” hərbi bazasına göndərilməsi nəzərdə tutulub.  
 
“Gürcüstan və ABŞ  birgə hərbi təlimlər üçün nəzərdə tutulmuş hərbi texnika Batumi limanına daxil olub... Təlimlər üçün lazımi texnika mayın 2-də Varnadan Batumiyə yola salınıb”, deyə açıqlamada bildirilir.
 
Qeyd edək ki, Gürcüstan-ABŞ hərbi təlimləri mayın 11-dən 25-dək davam edəcək. Təlimlərə 600-dək amerikalı və gürcü hərbçilərinin cəlb olunacağı planlaşdırılır. 

 





06.05.2015    çap et  çap et