525.Az

“Nüvə danışıqlarının təzyiqlər altında keçməsinə imkan vermərəm”


 

“Nüvə danışıqlarının təzyiqlər altında keçməsinə imkan vermərəm”<b style="color:red"></b>

“İranın nüvə proqramı ilə bağlı danışıqların təzyiqlər altında keçməsinə imkan vermərəm”.

APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla İranın ali dini lideri Ayətullah Əli Xamenei çıxış edib.
 
“Böyük dövlətlərlə nüvə danışıqlarının təhdidlər fonunda keçməsi İran üçün qəbuledilməzdir. Millətimiz bunu dəstəkləmir. Hərbi təhdidlər danışıqlara kömək edə bilməz”, - deyə o vurğulayıb.
 
Qeyd edək ki, İranın nüvə proqramı ilə bağlı danışıqlar mayın 12-də Vyanada bərpa olunacaq.

 





06.05.2015    çap et  çap et