525.Az

İlham Namiq Kamal olduğu kimi


 

İlham Namiq Kamal olduğu kimi<b style="color:red"></b>

Çingiz Ələsgərli
Teatrşünas

Respublikamızın Xalq artisti, tanınmış teatr kino aktyoru İlham Namiq Kamalın Musiqili Komediya Teatrının səhnəsində yaratdığı iki tamaşada iki müxtəlif səpkili obrazı seyr etdim.

Haşiyə çıxıb qeyd etməliyəm ki, görkəmli sənətkar həmişə mükəmməl işləri ilə tamaşaçılarını heyran edə bilir. Bu onun canında qanındadır.

Birinci tamaşa dahi Üzeyir HacıbəylininƏr arvad”, ikinci tamaşa isə Emin Sabitoğlu ilə Cahangir Məmmədovun  “www Fərzəli kef.komadlanır. Dediyimiz kimi, hər iki tamaşada İlham Namiq Kamal baş rolları ifa edir. İfa edir yox, yaradır desək daha düz olar.

Deməliyik ki, Üzeyir HacıbəylininƏr arvadkomediyasının liberettosu uzun illər idi ki, itmiş hesab olunurdu. yaxşı ki, Ü.Hacıbəyli adına ev muzeyinin direktoru istedadlı bəstəkar Sərdar Fərəcov bu liberettonu tapıb, müasir dövrə uyğun redaktə edərək, müasirlərinə hədiyyə edib.

Dediyimiz kimi, hər iki tamaşada İlham Namiq Kamal mükəmməl  obraz təqdim edir.

Ölməz Üzeyir HacıbəylininƏr arvadkomediyası digər əsərləri ilə birlikdə Musiqili Komediya  Teatrının repertuarını bəzəməlidir. yaxşı ki, istedadlı bəstəkar, Üzeyir Hacıbəylinin yorulmaz tədqiqatçısı Sərdar Fərəcov bu çətin, lakin  şərəfli işi öz üzərinə götürür.  Nəticədə Üzeyir bəyin  vaxtı ilə tamaşaya qoyulmuş daha bir əsəri Musiqili Komediya Teatrının repertuarına qayıdıb, tamaşaçıların ixtiyarına verildi.

Əsərin adını müəllifƏr arvadadlandırıb. Əsər vodevil janrında  yazılmış vəziyyət komediyasıdır. Əsər məzmun etibarı ilə ağılsız ərlə ağıllı arvad haqqında  hekayətdir. Əsərin sonunda isə,  məlumdur ki, ağıllı arvad ağılsız əri ifşa edib, bir qədər yumoristik, bir qədər   satirik gülüş hədəfinə çevirəcək.

İndi isə dahi Üzeyir bəyin liberettosu əsasında hazırlanmış tamaşada İlham Namiq Kamalın yaratdığı Mərcan bəy obrazının araşdırılmasını aparaq.

Deməliyik ki, əsərin quruluşu teartın baş rejissoru Yusif Əkbərova məxsusdur. Əsərə görə  Mərcan bəy əhlikef, lakin ziyalı bir bəydir. O, həyatının mənasını kef məclislərində, qumarxanalarda keçirməkdə görür. Deməli, obrazın xarici görüntü cizgiləri  ilə daxili dünyası paradoks  təşkil etməlidir.

Mərcan bəy tamaşaçıların qarşısına çıxır, o nökərlərin üstünə çığırır, kimisə söyür, kiməsə təpik vurur.

Mərcan bəyİlham Namiq Kamalın təqdimatında gözəl, qəddi qamətli, hələ gənclik təravətini itirməmiş, yüksək zövqlə geyinmiş bir bəydir. İlkin səhnədən başlayaraq.  Mərcan bəy öz həyatında, öz arvadı Minnət xanımdan narazıdır. O, həyatını dəyişmək, rahat asudə yaşamaq, yenidən ailə qurmaq arzusundadır. Lakin bütün bunlara çox böyük maneçilik var. Birinci maneə onun arvadı, ikincisi isə arvadı boşayacağı təqdirdə ona verəcəyi beş min manat başlıq parasıdır. Mərcan bəyİlham Namiq Kamal düşünməli, vəziyyətdən çıxış yolu tapmalıdır.

İlham Namiq Kamal həmyaşamahəm göstərmə  məktəblərinin prinsiplərindən istifadə edərək təqdim etdiyi personajın dəqiq xarici təsvirini yaradaraq, hadisələrin inkişafı boyunca daxilin təsvirinə keçir.  Hadisələr inkişaf etməkdə, Mərcan bəy vəziyyətdən çıxış yolu axtarmaqdadır. Onun hərəkətlərində tələskənlik var, özünə yer tapa bilmir, üzündə çaşqınlıq cizgiləri gözlərində qorxu görürük. Dramatik hadisələr özünün surətli inkişafındadır. Elə bu ərəfədə Kəblə Qubad meydana çıxır.  Mərcan bəy gözləri parıldayır., axtardığını tapmış insan kimi üzünü sevinc bürüyür. Kəblə Qubadla danışıqlar aparılmalıdır. Mərcan bəy Kəblə Qubadla gizli söhbət  aparmağa yer axtarır. Nökərləri qovur yer axtara-axtara Kəblə Qubadı da arxasınca sürüyür. Nökərlər qulluqçular isə Minnət xanımın tapşırığı ilə onu güdürlər, axır ki Mərcan bəy axtardığını tapır Kəblə Qubada qəlbini açır. Artıq Mərcan bəy şəndir, kefi kökdür. O, özünə lazım olan adamı tapıb. Bu sevinc aktyorun xarici təsvirində, üz cizgilərində, gözlərində hərəkət toplusundadır.  Aktyor xarici daxili təsəvvürlərin vəhdətində obraz bütövlüyünə malik olur, Mərcan bəy obrazı rəngarəng çalarlarda, hadisələrin gözlənilməz məqamlarında dəqiqliklə təsvir edir. Ağılsız ər Mərcan bəy öz planlarını həyata keçirəcəyi zaman, ağıllı arvadMinnət xanım da özünün əks planlarını həyata keçirir təbii ki ərini aldadır. Mərcan bəy isə, bütün bunlardan xəbərsizdir. Hadisələr inkişaf edir, Kəblə Qubadla   razılaşan Mərcan bəy gözlənilmədən onu sevən qızdan məktub alır. Əsrlər boyu müxtəlif əsərlərdə özünü büruzə verənklassik fənd   bu əsərdə öz lazımi nəticəsini verir.

Mərcan bəy olan- qalan ağlını da itirir. Artıq bizim gözümüz önündə görmədiyi sevgilisi üçün başını itirmiş aşiq obrazı canlanır. Xarici təsvirlə daxili təsvir üst-üstə düşür.  Artıq bu andan başlayaraq tamaşanın  bütün ideya yükü Mərcan bəy Minnət xanım tərəfindən növbəli şəkildə aparılır.

Mərcan bəyin ağlına belə gəlmir ki, bütün bunlar onun boşanmaq istədiyi arvadı Minnət xanımın fırıldağıdır. Hadisələr inkişaf etməkdə, tələnin ipləri sürətlə yığılmaqdadır. Mərcan bəy öz sevincli günlərini  yaşamaqdadır. Bütün bunlar aktyorun təqdim etdiyi obrazın təsvirində aydın sezilir. Hadisələr inkişaf etməkdədir. Artıq Mərcan bəy sevgilisi  ilə görüşə hazırlaşır. Görüş baş tutur gözünüz qarşısında, əl-ayağı əsən, ağzı söz tutmayan aşıq sevgili canlanır. Aktyor təsvir etdiyi obrazı dramatik mətnə uyğun dəqiqliklə təqdim edir. İfada ən xırda yalnışlığa belə yol verilmir. İfa rəngarəngliyinə, mükəmməlliyinə görə göz oxşayır. İlham Namiq Kamal ifasında hərəkətin forması strukturası, dramatik mahiyyəti tam aydınlıqda sezilir. İstedadlı aktyor özünün yaradıcılıq prosesində obrazın tamlığına mükəmməlliyinə nail ola bilir. Tamaşanın ümumi ansamblında çıxış edən aktyorun personajı bəzən mükəmməlliyi ilə əsərin ideya yükünü aparmalı olur.  Obraz dediyimiz kimi həmyaşamahəm göstərməprinsiplərinin vəhdətində təqdim edilir. Bizə elə gəlir ki, aktyor obrazın təqdimi təsviri üçün tapdığı bu prinsip daha doğru hesab olunmalıdır.  Xarici təsvir tək üz, gözlər   kostyum yox, həm hərəkətlər toplusudur. İfada bütün bünlar vəhdətdə təqdim olunur. İlham Namiq Kamalın ifasında nümayiş etdirdiyi hərəkət toplusunun oyatdığı gülüş mənəviyyatında olan natamamlığı inkar etməklə, həm insan gözəlliyini mənəvi tamlığı təsdiq edilir. A.P.Çexov deyirdi ki, səhnədə hərəkət daxilən başlayan, daxilən fəaliyyətdə olan hərəkət kimi başa düşülməlidir. Hadisələr davam etməkdə, öz pik nöqtəsinə yaxınlaşmaqdadır.

Artıq  toydur, Mərcan bəy toy qiyafəsindədir. kostyumdadır. Sevinc içindədir, üzündə, gözlərində şadlıq var.  Hamı o cümlədən Mərcan bəy səbizrsizliklə təzə gəlini gözləyir. Gözlənilən an gəlib çıxır. Gəlin gələndə ancaq yenə üzünü açmır. Mərcan  bəyin  səbriqərarı qalmır.

Yenə dəqiq ifa düzgün hərəkət toplusu tamlığı ilə diqqəti cəlb edir. İfada hadisələrin dinamika  dramatizminin, məna məntiqini, o cümlədən  lakonik dəqiq  hərəkət formasından məharətlə istifadə edir.  Hadisələr özünün pik nöqtəsinə yaxınlaşmaqdadır. Axır ki, gəlin Minnət xanım üzünü açır. Mərcan bəy hərəkətin mahiyyətinin ifasına çalışır. O, özünü itirib, özünə hərəkətlərinə nəzarət edə bilmir. Artıq Mərcan bəy az qala bayılmaq təhlükəsindədir. Ay aman, onun ağılsız bildiyi xanım onun özünü gülünc vəziyyətdə qoydu. Artıq hamı, həm toy adamları, həm nökərləri onun gülünc vəziyyətinə gülürlər. Yenə ifa dəqiqliyi mükəmməlliyi ilə göz oxşayır. Bu hal hələ bir qədər davam edə bilərdi, lakin gözlənilmədən Kəblə Qubadın arvadının gəlişi ilə hadisələr məcrasını dəyişir. İlham Namiq Kamal həm bu, həm sonrakı hadisələrin mahiyyətini təqdim edib, obraz mükəmməlliyi ilə tamaşaçını valeh edir. Onun ifası rəngarəng çalarları  maraqla izlənilir.

Tamaşa sona çatır İlham Namiq Kamalın çox böyük sənətkarlıqla yaratdığı Mərcan bəy obrazı tamaşaçıların  yaddaşına həkk olunur.

İlham Namiq Kamalın yaratdığı ikinci obraz Emin Sabitoğlu Cahangir Məmmədovun “www  Fərzəli kef.commusiqili komediyasındakı Fərzəli surətidir. Maraqlıdır ki, hər iki pyes daha çox vəziyyət komediyası hesab olunmalıdır. Hər iki tamaşada əsas obrazların ifaçısı İlham Namiq Kamaldır.  Hər iki tamaşanın ideya  yükünü daşımaq onun üzərinə düşür. Fərzəli adlı bir şəxs ömür boyu kənddə yaşayıb, günlərini ömrünü keflə, yeyib- içməklə keçirir. Onun yanına gələn qohumları, özlərinə pradakşın açmaq istəyirlər. Onlar bu məqsədlə həmişə kef çəkmək istəyən Fərzəlini xaric  adıyla, heç vaxt olmadığı Bakıya gətirirlər. Bu əsərdə Fərzəlini müflis olmaqdan qurtaran onun ağıllı arvadı  Bağdagüldür. Fərzəli qohumlarını ətrafına toplayıb, onlara yemək-içmək məclisləri verir. Qırmızı köynək, üstdən geydiyi jilet sərbəst hərəkətlər toplusu gözünüz qarşısında adi bir insanın  cılızlığını əks etdirir. Fərzəli sadəcə olaraq, başqa bir həyat tərzi tanımır. Kənd evi, böyük bir yemək-içmək masası qohumlar. Fərzəli qohumları ilə mehribanlıqla danışır, onların sağlığına badələr qaldırır. O, sevinir, şadlanır, sevincinin həddi-hüdudu yoxdur. Xarici portret cizgilər məhz belə olmalı tədricən daxili portret cizgiləri ilə tamamlanmalıdır.  Üzün cizgiləri, gözlərdəki sevinc parıltıları dəqiqliklə təsvir edilir. Hiss olunur ki, Fərzəli kimi insanlar həm sevinclərində, həm kədərlərində səmimi olurlar.  Fərzəli səmimi olduğu üçün  qohumları onu asanlıqla aldadırlar. Fərzəli sidq-ürəkdən qəlbindəki arzusunu qohumlarına deyir. Yemək-içmək masası arxasında  danışan Fərzəli olduqca səmimidir.  Hərəkətlər toplusu, o cümlədən duruşu, üzünün, gözlərinin ifadəsi dəqiqliklə işlənilmişdir. Aktyor ifada ən xırda detallara belə diqqətlə yanaşmış, nəticədə obraz bütövlüyünə nail olmuşdur. Fərzəli ayaq üstgə dayanıb, əllərini ölçə-ölçə arzularını bildirir. Portret cizgiləri ilə səs tembiri üst-üstə düşür. O, danışır arzularını dilə gətirir, qohumları ona söz verir, arvadı Bağdagül- isə bütün bu hadisəni izləyərək, öz planlarını düşünür. Fərzəli bütün bunlardan xəbərsizdir. Axır ki, qohumlar Fərzəlinin sadəlövlüyündən istifadə edərək,  guya xaricə, əslində isə Bakıya gətirməyə nail olurlar.

Qırmızı köynək, jilet, yəni xarici görüntü dəyişilməlidir. Elə olur. Artıq bizim gözümüz önündə tam yeni bir Fərzəli canlanmalıdır.  Qohumlar bunu da düşünüblər. 5 ulduzlu otel Fərzəli gözümüz önündədir. Qızılı sarıya çalan pijama, razılıq ifadə edən hərəkətlər  toplusu, üzdə, gözlərdə olan rahatlıq diqqətdən qaçmır. Xarici daxili portret cizgiləri üst-üstə düşərək vəhdət yaradır.İlham Namiq Kamal dramatik mətnə uyğun hərəkət edərək, hətta bəzi məqamlarda improvizdən istifadə edir.  Aktyor zəngin baqajından istifadə etməklə obrazın rəngarəngliyinə nail olur. Fərzəli həm kef alan aludəliyi, həm sadəlövhlüyü onun başına çox oyunlar aça bilərdi.  yaxşı ki Fərzəlinin  Bağdagül kimi tədbirli arvadı var.

Artıq əsərin hadisələr axını  ilə klassik əsərin  hadisələr axını  üst-üstə düşür. Aktyor tam yeni bir obraz, yeni bir ifa tərzi nümayiş etdirir. Fərzəli vəziyyət komediyasının tələblərinə uyğun olaraq  mükəmməl oyun nümayiş etdirir. Oteldə Fərzəli qulluq edirlər, istədiyini dərhal yerinə yetirirlər. Aktyor  ifasında dəyişiklik hökm sürür. O, yuxusunda belə görmədiyi xaricdə arzusunda olduğu kefini çəkir. Lakin dramatik mətnə görə hadisələr başqa məcraya yönəldilir. Elə olur otelə gözlənilmədən Fərzəlinin arvadı tədbirli  Bağdagül gəlir. Komiklik vəziyyətin mahiyyətindədir.  Dramatik daha çox komik hadisələrin axın xətti davam etməkdədir. Fərzəli xaricdə yox, Bakıda  olduğunu,  yəni aldandığını,  pulunun isə oğurlandığını bilir.  Vəziyyət komiklikdən daha çox  dramatikdir. Aktyor artıq janrın tələblərinə uyğun oyun nümayiş etdirir. Xarici portret rəsmin cizgiləri üçün üz, göz səs tembrləri ilə tamamlanır. Gözlər səs obrazın mahiyyətini bizə çatdırır. Aktyor bizə ifa  zənginliyini nümayiş etdirir. Dramaturq komik hadisələr axını davam etdirməkdədir.  Hər şey aydınlaşır, məlum olur ki, Fərzəliyə qohumları tələ qurublar. O, artıq hər nəyi varsa itirib. Bu vəziyyət aktyor tərəfindən çox böyük dəqiqliklə  ifa olunur.

Yenidən kənd onun öz evi, öz yemək-içmək masası, hamı o cümlədən Fərzəli yuxudan ayılır. yaxşı ki, olmuşlar yuxu  ilə gerçəkliyin vəhdətidir.

Maraqlı tamaşadan İlham Namiq Kamalın mükəmməl ifasından ayrılırıq. Biz bu iki ifadan ayrıldıqda hər iki obraz daimi olaraq bizim yaddaşımızda qalır.

Çünki  istər klassik nümunə olan Mərcan bəy, istərsə müasir Fərzəli daim bizim yanımızda daha doğrusu, daim bizim içimizdədir.

Buna görə isə biz yüksək istedad sahibi mükəmməl obrazlar yaradıcısı İlham Namiq Kamala minnətdarıq. Yazımızı sona çatdırıb İlham Namiq Kamalı  olduğu kimi  göstərməyə çalışdıq.

Buna dərəcədə nail olduğumuzu isə, oxucular  tamaşaçılar bilər.

 





11.12.2012    çap et  çap et