525.Az

"Ad günümdə dostlarıma" - Şeirlər


 

"Ad günümdə dostlarıma" <b style="color:red">- Şeirlər</b>

Müasir Azərbaycan ədəbiyyatında ən parlaq imzalardan biri, istedadlı şair, esseist, ədəbiyyatşünas tərcüməçi Səlim Babullaoğlunun dünəndekabrın 10-da 40 yaşı tamam olub.

Bu münasibətlə dəyərli şairimizi ürəkdən təbrik edir, ona cansağlığı, yeni yaradıcılıq uğurları arzulayır, poeziyasından nümunələri oxucularımızın diqqətinə çatdırırıq.

 

Səlim BABULLAOĞLU

 

Ad günümdə dostlarıma

 

Bir az uzaqlarda axtarın məni,

Bir az söhbət edək bu yerdən uzaq,

Bir az xəyallarda axtarın məni,

Qaçaq bu çirkabdan, qaçaq qurtulaq.

 

Aydın sabahlarda axtarın məni,

Orda günəş başqa, gülüş başqadı,

Tanrı günahları bağışlayan yer,

Xəyalım o yerdə dolaşmaqdadı.

 

Ömür vəfa qılsa yazacam, bilin,

Bu günün, sabahın nəğməsini mən.

Məni öz içimə axtarın bir az,

Bir gün öz içimdə azacam bilin.

 

Sönük sətirlərdən sormayın məni,

Amandı, Kərəm tək alovlanaram.

Dəli fikirlərdən axtarın məni,

Yəqin bir gün gələr ağıllanaram.

 

Polkovnikə heç kim yazmır

1

Polkovnikə heç kim yazmır”. O yaman darıxır.

İstidir, bürküdür, kitablar rəfdə yatır.

Uyğurları yenə qırırlar. Gücsüzdü, əgər desəm ki,

çox təəssüf.

Təəssüf, sonadək oxunub bitmirhərb sülh”.

Hər şey bərkiyib, daşlaşıb. Qəlblər .

Yarpaq belə tərpənmir.

İstidə anlayırsan ki, alovdan daha yaxşı heç kim bilmir

polad necə bərkidi”? Necə? Harda? vaxt?

İstidir. Axşamdır. Uğultular artır. Adamlar mürgüləsə sərvaxt;

eyni, əcayib bir dildə pıçıldaşır hamı.

Adamlar çölüylətəkdisə, içiylə təqlid edirizdihamı.

Çiliklənən stəkan səsiylə dağılır ətrafa körpənin gülüşü,

bu dəfə havadan başlayır körpə

Çingizxanın cingiltili yürüşü.

 

2

 

Polkovnikə heç kim yazmır”. “Məktub yetişmədiünvanına.

Barbarları gözləyərkənzərf qonur giriş qapına:

Borcunuz var. Üstəgəl, üçcə gün vaxtınız.

Sonra vəhşitək kəsərik. Sönər ocağınız.

İstidir. “Yerli narkoz altındadı hər kəs”.

Hamı qabığıyla polis, məmur çərkəz.

Soyunsaq onları, ayıbsa da, insan(l)ıq, bilinər.

Uniformadan qorxuluymuş vərdişlər əməllər.

İstidir. “Qargözləmək beş ayda puç əbəs.

Sağ qalmaqüçün qaçır hamamda bir kiçik kələz.

Ev sahibinin ayaq səsi yaddanyadimiş.

Tavan da göy üzü deyilmiş- anladırqaçış”.

 

3.

 

Yuxunun iziyləvarıb gedib uzaqlığa,

çatmaq istəyirsən gözəl uşaqlığa.

Uşaqlıq”- ömür səhrasının quzeyidi.

Bağlansa daməsumluq muzeyidi”.

Polkovnikə heç kim yazmır”. Təkcə sən yazırsan.

Niyə sevgi şeiri yazmırsan?- deyə soruşursan.

Sevgi var, şeir var, yazmaq var ikən,

bu donqabel sualda sən, görmüsən?

Əziz dostum, mehriban, gözəl bacım, həmkarım.

Qafiyə xətrinə yazsam, yazaram: əfkarım

indi çox qarışıq çəkir məni keçilmişə.

Məsələn, “min doqquz yüz səksən dördə”, beşə.

 

4.

 

Onda beş yaşın ancaq olardı.

Bilirəm, hamını sən, hamı səni sevərdi, oxşardı.

Bilirəm, sevgi şeiri nədi, onda heç bilmirdin.

Çöhrənə baxanlar unudurdı bildiyin.

Əminəm, hələ çox şey yazacaqsan.

Şey dediyim – “gözəl şeirlər”, hələ çox dadacaqsan.

Əminəm, deyəcəksən, “əlvida, silah”, kədər.

Hər şey elə sevgidənmiş...bu qədər...

İstidi. Sözlər quruyur dodaqda.

Ürəyim çat-çat olur otaqda.

Polkovnikə heç kim yazmır”. Rəfdədir.

Çıxır istefaya bütün kitablar əməllər o tərəfdə.

Məsihağa Məhəmmədiyə

Külək yatıbdedin. Məni diksindirdin.

Vərdiş etdiyimiz ifadənin söz hissəsiylə

indi  görünməyən, olmayan təbiət hadisəsiylə

mənim qohum olduğumu asanca bildirdin.

Bunu indi xatırladım. Mən indi daha çox xatirəyəm.

Hara baxsam, hara dönsəm arxada yalnız keçmişdir,

hətta arxadakı göydələn belə az əvvəl keçilmişdir,

yəni, ən yaxın tarixdir söyləyə bilərəm.

Yenə bu feli qafiyələr. Yalnız onlar yüzə-yüz düzdür.

Yenə dar səkilərdə kimsəsiz adamı ötürən addım səsləri-

üstəgəl əksləri, göydələnin sancıldığı səma yastığında

qızılı xallardan parıltılarını çıxsan belə azdır. Təklik heç vaxt çoxalmır.

Külək yatıb. Yazdır. Yenə günəş doğacaqmı bir sabah?

Batacaqmı? Gələcəkmi arxasından yeni günlər, kim bilir?

Yatıb külək. Oyaq uşaq pəncərədə bir çiçəyi dindirir,

qığıltıya qoxusuyla gülümsəyir ətirşah.

 

Həmin qadına məktub

 

Mənə şəkil göndərdin

uzun illərdən sonra,

bəraətçün şəkillər

görən, deməliydi?

, elədi, sükutda

gizlənib bütün sözlər.

Gözəldi saçında -

iztirabın sancağı.

Mənimsə köksümdədi

xəyanət qəlpələri.

Şəhvətin köynəyini

təəssüf yeli qurudub.

Birlikdə son günümüz,

yəni, o şəkil, əda

keçmişin yaddaşında

 

indi çoxdan soluxub.

İndi mən çox düşmüşəm,

sən cavan deyilsən.

Qırışları gizlətmir

boynundakı yaylığın.

Tənhasan, yeməyini

yəqin yavan yeyirsən.

Gövdəni gəzdirəndə

büdrəyir ayaqların.

O adamlar deyilik,

bir yazım,axı?

Ehtirasın külündə

qaralar üz-gözümüz.

Güzgüdə təskinliyin

gözəlliyin deyilsə,

heç olmasa dadına

yetişsin diriliyin.

Balaca şəhərlərin

çox rahat dünyası var:

üç-dükan, meydança,

klub qəbristanlıq.

Amma əsas bu deyil,

orda bütün söhbətlər

dünyanın özü qədər

yaman çəkər adamı.

Ömür harda yaşansa

tale orda qonaqdı.

Qonağısa qovmazlar,

bir adət var axı.

Axşamları tum çırtla,

pəncərədən Aya bax,

Leylanın Məcnununda

son hərf üçün baş sındır.

Ümidlər ilə yama

sabahın cübbəsini.

Dualardan bərk yapış,

təkcə özün üçün yox.

Xatirə güvəsini

təmizlə üst-başından.

İndiysə getməliyəm,

oğlum məktəbdən çıxır.

 





11.12.2012    çap et  çap et