525.Az

Sufizm: mənşəyi və mahiyyəti


 

Sufizm: mənşəyi və mahiyyəti <b style="color:red"></b>

filologiya elmləri doktoru,
professor

(Əvvəli ötən sayımızda)

 

Qəzali böyük reformator barışdırıcı idi, məhz onun əsərləri yunan elminiaristotelçiliyi Şərqdə nüfuzdan salmışdır. O, islam aləmində, yunan elmi ilə din arasındakı ziddiyyəti aradan qaldırmağa nail olur. Məşhur macar islamşünası İ.Qoldtster yazır ki, əgər Məhəmməddən sonra peyğəmbər  olmaq mümkün olsaydı bu adam, əlbəttə ki, əl-Qəzali olardı. Qəzali deyirdi ki, sufizm fikir yürütməkdən deyil, hissiyyatdan ibarətdir. Ümumiyyətlə, sufizmə ən aydın tərifi XII əsrin ərəb filosofu İbn Səbinə verib. O, deyib ki, qədim filosoflar özlərini Allaha bənzətmək istəmədikləri halda, sufilər Allaha qovuşmaq istəyirlər (A.Masse. İslam, s.184). A.Masse  yazır ki, zahidlikdən başlayan sufilik XIII əsrin ortalarında monizmə gəlib çıxdı. Bu monizmə sonralar sufizmin görkəmli nəzəriyyəçisi olan İbn Ərəbi tərif vermişdir.

İmam Qəzali sufizmin əsas ziddiyyətini həll etmiş o, təsəvvüfü İslam teologiyası ilə birləşdirmişdir. O, 1091-ci ildən başlayaraq o zaman Şərqdə universitet, akademiya səviyyəsində olan Bağdadın Nizamiyə mədrəsəsində təhsil almışdır. Bu mədrəsə uzun illər intriqalar yuvası  olmuş, hətta burada terror səviyyəsində ağıllı adamlara qarşı cinayətlər törədilmişdir. Qəzali gəncliyində  psixoloji böhran keçirib, depressiya yaşayıb.  Obrazlı desəm, onun əqli zehninə sığmayıb, ağırlıq edib. Az müddət ərzində İmam Qəzali 40 kitab yazıb, onun ən möhtəşəm əsəri, indiki anlamla, dörd cilddən ibarətDin elmlərinin dirçəldilməsiəsəridir.  Bu əsər haqqında belə deyirlər: “Müsəlman dini təliminin inkişafı tarixində imam Qəzali Hüccət əl-İslam (İslamın sübutu) titulunu almışdır. Müsəlmanlar indi deyirlər ki, Quran bütün yazılar yox olsalar, təkcəDini elmlərin dirçəlişiqalsa onun vasitəsilə islam gözəl surətdə bərpa oluna bilər” (Şükürov A. Şərq fəlsəfəsi filosofları. Bakı, 2005, s.381). Biliklərini təcrübədə sınaqdan keçirə bilməməsi Qəzalini ümidsizliyə düçar edir, o ruhdan düşür, iştahasını nitqini itirir. İntellektinin hədsiz güclü (ifrat dərəcədə) olması onu şübhəçiliyə skettizmə gətirib çıxarır. Əslində o, öz nəzəriyyəsini mistiklərin, ———- ilahiyyatçıların filosofların tənqidi üstündə qurmuşdur” (A.Şükürov). O, bir yandan deyirdi ki, “İlahi hökmranlığın sirrinin açılmasıdinsizlikdir”, digər tərəfdən bu fikrə gəlmişdi ki, “həqiqət axtarışı zamanı yalnız ağıla arxalanmaq əxlaqın dinin məhvinə aparıb çıxarır” (A.Şükürov).

Qəzali haqqında dəyərli tədqiqatın müəllifi Q.M.Kərimov onun barəsində yazılanları sistemləşdirərək özünün əlbəttə ki, sovet ideologiyasının təzyiqi marksist prinsiplərlə rus dilində yazdığıƏl-Qəzali süfizm” (Bakı, Elm. 1968) kitabında belə qənaətə gəlir ki, o, ağılı inama (dinə) tabe edir, Aristotelin materialist təliminə qarşı çıxırdı. Müəllifə görə, imam Qəzalinin fəlsəfi sisteminin reaksion xarakteri bunda idi ki, o həm Şərqdə  Aristotel materializminin davamçısıdır, İbn Sina əl-Fərabiyə qarşı çıxırdı (s.5). KitabınƏdəbiyyatın qısa icmalıbölməsində imam Qəzalı haqqında mövcud tədqiqatlara xülasə dəyər verən müəllif (bax. S.5-71)  əslində böyük bir elmi-maarifçilik işi görmüş olur. Müəllif müsəlman Şərqində adı ilə bütöv bir elmi-tarixi epoxanın bağlı olduğu həddindən artıq ziddiyyətli dahi filosofmistik filosofların ikili münasibətini qeyd edir: “Bir qrup alim onu elmin, xüsusilə materializmin qəddar düşməni hesab edir bu zaman əl-QəzalininTaxafum al falsafa” (filosofların inkarı) əsərinə qarşıİnkarın inkarıəsərini yazmış İbn Rüşəyə istinad edirlər. İkinci qrup alimlər əl- Qəzalini dahi müsəlman teolotu, müsəlman dini ortodoksçuluğunun  müdafiəçisi hesab edirlər” (c.71).

İmam Qəzali məhz mistik elmləri həqiqi elm hesab edirdi. O, mülahizələrindən birində yazıb: “Mənim ədalətli dostlarımdan birinin dediyinə görə, bəzi alimlər ilahi biliyininsanın özündə olan biliyin oxunub qazanılan biliklərdən qat-qat güclü dərin olduğuna əmin olan seçmə sufilərin sufi təhsili yolunun davamçılarının inandıqları həmin o gizli sufi inkar edirlər” (“Xəzərjurnalı, 2005, №3, s. 10). Buna uyğun olaraq Qəzali müəyyən nəticələrə gəlir onları formulə edirdi: “Bilən o kəsdir ki, xəbərdar olduqlarına çatır onları təmsil edir. Bilinən odur ki, təsəvvürlər nəticəsində açılır öz təsəvvürünü ruhda tapır”. Qəzali bu nəticəyə gəlmişdi ki, insan Allahı yalnız onun öz köməkliyi ilə dərk edə bilər.  

İbn Teymiyyə İbn Ərəbinin təlimini belə formulə edir: “Xəlq edilmiş şeylərin varlığı xaliqin varlığından başqa bir şey deyildir: hər şey ilahi vücuddan xəlq olur ki, ən nəhayət bu vücuda qayıtsın”. İbn Ərəbinin bu təlimi sonralar bədii təsəvvüf ədəbiyyatının intişarına təkan verir, faktiki olaraq bədii-fəlsəfi cərəyana çevrilir. Müxtəsər desək orta əsrlər elmi-nəzəri fikrindəƏş Şeyx əl-Əkbərləqəbi ilə məşhur olmuş İbn Ərəbi vəhdətivücudun əsasını qoymuşdur.

Vəhdətivücudun fəlsəfi təlim kimi mahiyyəti məlumdur: “O cüzdə güllü dərk etməyi nəzərdə tutur”. Sufizmdə isəVəhdəti-vücud hər şeydə Tanrının qüdrətini, lütfünü sifətlərinin təcəllasını görmək, hər şeyin onun varlığı ilə müqayisədə bir kölgədən, ilğımdan başqa bir şey olmadığını qəbul etməkdir” (S.Xavəri).

O, İbn Ərəbi İspaniyada, müsəlmanlar yaşayan Mursiya şəhərində doğulub, uşaq ikən Sevilyaya köçüb burada təhsil alıb, 37 yaşında zəvvar kimi Məkkəni ziyarət edib. “K gtomu vremeni on uje napisal okolo şestidesəti soçinenii po razliçnım aspektam gzoteriçeskoy nauku, po sufiyskoy praktike i metodam nastavniçestva  (A.Knış). “Bu zamana gədər o artıq ezoterik elmin müxtəlif aspektləri, sufizmin praktikası s. haqqında 60 qədər əsər yazmışdı”. Lakin bu əsərlər ona böyük şöhrət gətirməmiş, o Şərqə gəldikdən sonra məşhurlaşmışdır. İbn Ərəbinin ən məşhur əsəri Dəməşqdə yazdığıMüdriklik abidəsi” (“Füsus əl hikəm”) çoxcildliMəkkə fütuhatları” (Əl-Fütuhat əl-Məkkəyya ) əsərləridir. A.Knış təsdiq edir ki, o zaman da, bu gün bu əsərlərə  sufi elminin əsl şedevrləri kimi qiymət verilir (s.188). İbn Ərəbi 300-ə qədər əsərin müəllifi olub. Onun əsərləri, xüsusən Müdriklik abidəsiçox çətin üslubda, üstüörtülü, müəmmalı dildə yazılmış, fikirlər çoxmənalı rəmzlərlə verilmişdir.

Böyük filosof insanı Allahdan sonra ikinci yerə qoyur belə bir fikri əsaslandırırdı ki, insan mistik yolla Allaha qovuşur allahlaşır. “İstəklərin şərhçisiadlı məşhur traktatında o, mütləq reallıq ideyasını əsaslandırırdı.

İbn Ərəbi deyirdi: “Mütləq Reallıq adlardan mütləq kateqoriyalarından üstündür, eyni zamanda onların köməyi ilə öz təzahürünə immanentdir. Mütləq Reallığı obyekti subyektin dərk etdiyi kimi dualist  dərk etmək olmaz. İnsan şüuru həm prizma, həm güzgüdür. Onlarda differensasiya edilməmiş Mütləq Reallıq özünü təzahür etdirir öz atributlarına ayırır. İbn Ərəbi eyni zamanda qeyd edirdi ki, Mütləq Reallığı insanməninin itməsi səviyyəsinə qədər dərk etmək olar. İnsanməninin itməsi məqamında Mütləq Reallıq özünün transendent mahiyyətində ağa qul, ilahi qeyri-ilahi qütblərindən yüksəkdədir.  Adı atributu kainatın predmetlərində maddiləşən Mütləq Reallığın manifitasiyası daimi dinamik ziddiyyətli prosesdir. İbn Ərəbi onu da qeyd edirdi ki, Mütləq Reallığın saysız-hesabsız sonsuz opostaslarının dəqiq anlaşılması ancaq o adamlara xas olur ki, o dərk edilənin özünün vəziyyətinin daimi sinxron  dəyişməsi vəziyyətində olsun” (Şükürov A. Şərq fəlsəfəsi filosofları, s.455).

İbn Ərəbinin atası zəmanəsinin görkəmli alimləri, filosof dövlət başçıları ilə yaxın dost olmuşdur. O, hüququ islam teologiyasını mükəmməl öyrənib.

İdris şah əl-Ərəbi ilə əl-Qəzalini müqayisə edərək yazır ki, onların ikisi sufi ailəsində dünyaya gəlmişlər. Fəqət, Qəzali əvvəlcə sxolastik elmlərlə məşğul olmuş, onlarla kifayətlənməyərək sufizmə gəlmişdir. Əl-Ərəbi isə əvvəlcədən sufizmin, mistik məhəbbətin poeziyasını yaratmış, sufizm ideyalarını şeirlərində hamının anlayacağı dildə tərənnüm etmiş, sonra isə onun nəzəriyyəsi ilə məşğul olmuşdur (Bax: Sufizm, Moskva, 1994, s.166).

Muhiddin İbn Ərəbi özününMüdrikliyin hüdudlarıəsərində deyirdi ki, Allahı qadında görmək ən böyük kamillikdir. Ərəbi İspaniyada Fatimə binq Valiyə adlı sufi qadından təhsil almış ciddi psixi təsirə məruz qalmışdır: “Nekotorıe iz eqo rabot bıli napisanı v sostoənii transa i smısl ix stalğ əseli samamu ibn al Arabi tolğko spustə opredelennoe vremə posle ix napisaniə” (İdris Şax. Sufizm, s.169). O, gərgin daxili həyəcanlar hesabına yazır  ona görə onun əsərlərini şərh etmək çətin idi. O, deyirdi ki, insan öz təfəkkürünə yaxud da nəzarət etməyi bacarmalıdır. Belə bir ayıqlıq insana müxtəlif parametrlərdə (yuxu ayıqlıq keçidində!) olmağa (düşünməyə) imkan verəcək. Hər bir kəs (alim) belə qeyri-adi dərəcədə dəyərli qabiliyyətə malik olmaq üçün ciddi cəhdlə işləməlidir.

Əl-Ərəbi ezaterist idi. Daxili aləmin həyatı ilə yaşayır. Digər tərəfdən o, intellektual idi. bu cəhətlərə görə ətraf mühit ortodoks müsəlmanlar onu təqib edirdilər. Nəhayət o, “İstəklərin şərhçisiəsərinə komentariyalar yazıb onun sistemini ortodoksal  İslamla necə birləşdirməyin mümkünlüyünü izah etdi.1202-ci ildə o, əslində təqib danlaqlardan qurtulmaq üçün (Suriyada onu yalançı fırıldaqçı adlandırırdılar!) Məkkə ziyarətinə gəldi burada onu çox yüksək qiymətləndirən İran sufilərinin başçısı Mukinuddin onun Nizam adlı gözəl qızı ilə tanış olur. Əl-Ərəbinin bundan sonrakı bütün sufi şeirləri bu hədsiz gözəl qıza həsr olunur (Bax: İdris Şax. Sufizm. S.171-173).

Əl-Ərəbi daima haqqın axtarışında olub. Onun İslam sivilizasiyasındakı rolu çox böyük idi. O, intellektual ruhi təmaslar arasında əlaqələr axtarırdı. Onun üçün fərdi təkamül (daxilə çəkilmə) əsas idi. Bu gün əl-Ərəbi təlimi İslam sivilizasiyasının müxtəlif mühitlərdə yaşamaq imkanlarını təsdiqləyir genişləndirir.

İbn Ərəbi dünyanı xolestik, yəni bütöv vəhdət şəklində görmək istəyirdi. Dinin fəlsəfəsinə varmaq istəyən müasir insanın (qloballaşma dövrü gəncliyinin) İbn Ərəbi təliminə ehtiyacı var.

Ərəbinin təlimi mövcudluğun ümumi kökləri təzadlarını dərk etməyə, aydınlaşdırmağa imkan verir. O, əsas prinsiplər olaraq dərketmə, özünüifadə özünü reallaşdırmaya üstünlük verirdi. O da digər sufilər kimi belə qənaətə gəlirdi: “Onu bilməliyik ki, nəyi öz ağlımızla əhatə (dərk) edə bilmərik”. Ərəbiyə görə, sufizm həqiqət (yəqin ki, mütləq həqiqət!) qarşısında sitayişdir. İbn Ərəbi peyğəmbərin insanlara etdiyi təsiri izah edir əslində Məhəmməd Əleyhüssəlamı insan kimi ideal, peyğəmbər kimi müqəddəs hesab edirdi.

İbn əl-Ərəbinin sufizm fəlsəfəsiməntiqdən kənara çıxan mətləbləri öyrədir” (Leja de Bistiza. İspaniə).  Bertelsin sözləri ilə desək, heç vaxt vahid olmamış sufizm üç əsr ərzində (IX-XII) “gizli sosial etirazdan... sxolastik fəlsəfəyə qədərmürəkkəb bir yol keçmişdir. Bu yol mistik özünü təkmilləşmənin üç mərhələsindən ibarət idi: Şəriət, təriqət, həqiqət!

Şəriət hələ sufizm deyil, yolun başlanğıcı, çıxış nöqtəsi idi. Hər bir ortodoksal müsəlman islam ehkamlarını bilməyə borcludur. Yol-təriqət (süluk) buradan başlanır. Salikyolçu Allaha qovuşmaq, ilahi eşqə çatmaq üçün bu yolun mərhələlərini keçməlidir. Sufizmdə bu mərhələlərə məqamlar deyilir. Onların sayı yeddidir: tövbə (pokoənie) , vara (osmatritelğnostğ), zühd (vozderjannostğ), fərq (niheta), səbr (terpenie), təvəkkül (upovanie na boqa) rida (pokoriostğ) (Ətraflı bax: Bertelğs E.G. Sufizm i sufiyskaə literatura, s.36-37).  Yalnız bu məqamları sevgi ilə, şərəflə, inam imanla getdikdən sonra sufi-salik (insan) üçüncü sonuncu mərhələyəhəqiqətə çata (qovuşa) bilər. “Salik həqiqətə çataraq, əlbəttə intuetiv İlahiliyin ona qovuşmağın həqiqi təbiətini dərk edir.”(Y.E.Bertels). 

 





11.12.2012    çap et  çap et