525.Az

Rusiya-Türkiyə münasibətləri gərginləşir


 

Rusiya-Türkiyə münasibətləri gərginləşir<b style="color:red"></b>

Rusiya xarici işlər naziri Sergey Lavrovun mayın 16-da Türkiyəyə planlaşdırılan səfəri təxirə salınıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, rusiyalı nazirin səfəri Türkiyə tərəfinin xahişi ilə təxirə salınıb.
 
Qeyd edək ki, mayın 16-da Antalya şəhərində Türkiyə-Rusiya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasının keçirilməsi planlaşdırılmışdı. Lakin Türkiyədə keçiriləcək parlament seçkiləri ilə əlaqədar toplantı təxirə salınıb.
 
Rusiyanın "İzvestiya" qəzetinə açıqlama verən diplomatik mənbə bildirib ki, Türkiyə tərəfi yeni hökumət formalaşdıqdan sonra məsələ ilə əlaqədar yenidən görüşün keçirilməsini təklif edib.
 
Nəşrin iddiasına görə, Rusiya-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası iclasının təxirə salınmasının səbəblərindən biri Rusiya prezidenti Vladimir Putinin İrəvanda "erməni soyqırımı"nın 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməsidir.

 





07.05.2015    çap et  çap et