525.Az

Elektron imzaların sayı 31 mini ötüb


 

Elektron imzaların sayı 31 mini ötüb<b style="color:red"></b>

“Elektron hökumət” bülleteninin may buraxılışında  elektron imza vəsiqələri barədə növbəti statitika açıqlanıb.
 
525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, 30 aprel 2015-ci il tarixə ölkə üzrə  əldə olunan elektron imza sertifikatları 31682 ədəd təşkil edib:
 
“Artıq dövlət qurumlarına 18396  elektron imza sertifikatı verilib. Hüquqi şəxslərə verilmiş sertifikatların sayı 5817-ə çatıb. Vətəndaşlar isə 7469 sertifikat əldə ediblər”.

Qeyd edək ki, elektron imza insanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir.

 





07.05.2015    çap et  çap et