525.Az

Astarada 20 yaşlı əsgər qətlə yetirilib


 

Astarada 20 yaşlı əsgər qətlə yetirilib<b style="color:red"></b>

Astara rayonu ərazisində əsgər qətlə yetirilib. 

525.az-ın Milli.Az-a istinadən verdiyi xəbərə görə, Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində xidmət edən 20 yaşlı Pirəddin Həsənov bıçaqla öldürülüb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Ağdam rayonundan məcburi köçkün olan P.Həsənov Mingəçevir şəhərində məskunlaşıb. Onun meyidi ailəsinə təhvil verilib.

Mərhumun yaxınlarının dediklərinə görə, P.Həsənovun ürək nahiyəsində bir bıçaq yarası olub. Dövlət Sərhəd Xidmətindən isə hadisə ilə bağlı məlumat almaq mümkün olmayıb.

 





11.12.2012    çap et  çap et